11-09-2019 [00:46]
AVRO -2020-də Türkiyə bu gün səfərdə Moldova ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, "Ay-ulduzlar" 4-0 hesabı ilə qələbə qazanaraq xal sayını 15-ə çatdırıb.
Qrupun digər oyununa Fransa Andoranı 3-0 udub. Albaniya isə İslandiyanı 4-2 məğlub etməklə, qrupda Türkiyənin mövqeyini gücləndirib.
Hazırda qrupda Fransa və Türkiyə 15 xalla 1 və 2-ci, İslandiya isə 12 xalla 3-cü yerdədir.