1 xala görə hər oyunçuya 30 min manat? - AFFA-dan etiraz doğuran qərar

img

10-09-2019 [22:02]


AFFA AÇ-2020-nin seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununda qeydə alınan 1:1 hesablı heç-heçəyə görə futbolçulara böyük məbləğdə pul verəcək.

Mia.az "Sportinfo.az”a istinadən xəbər verir ki, ilk "11-lik"də meydana çıxan hər bir futbolçu federasiyadan 30 min manat mükafat alacaq.

Oyuna sonradan daxil olanlar və ehtiyatda qalanlar isə 30 mindən az mükafat alacaqlar. Ümumilikdə, baş sponsor SOCAR milliyə 1 xala görə yarım milyondan çox pul paylayacaq.

Futbolçulara deyilib ki, mükafatlar bu günlərdə bank hesablarına köçürüləcək.

Qrup sonuncusu olan Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 4 oyunda müvafiq olaraq Xorvatiya, Macarıstan, Slovakiya və Uelsə uduzub, ilk xalını isə 5-ci turda - dünən xorvatlarla ikinci qarşılaşmada qazanıb.

İndisə aydın olur ki, AFFA qrupun sonuncusu olan komandamızın qazandığı 1 xala, bəli, məhz bir xala görə hər oyunçuya 30 min pul verəcək. 

Bu, nə dərəcə haqlı və məntiqli qərar ola bilər ki?

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR