Putin Lavrovun müavini ilə 30 generalı istefaya göndərdi

10-09-2019 [21:07]

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin istefaya göndərilib.

"RİA Novosti” xəbər verir ki, ölkə prezidentinin müvafiq fərmanı ilə həmin vəzifəyə Yevgeni İvanov təyin olunub.

Qeyd edək ki, Q.Karasin 2005-ci ildən Rusiya XİN başçısının müavini vəzifəsində çalışıb/Report.

Xatırladaq ki, bu gün Putin polis sistemində 30-a yaxın general və polkovniki də vəzifələrindən azad edib.

Mia.az





SON XƏBƏRLƏR