Türkiyə siyasətində skandal: CHP PKK terror təşkilatını pisləyən bəyanatın qəbuluna imkan vermədi

10-09-2019 [20:28]
İzmir Böyükşəhər Bələdiyyə Məclisində Qarabağlar rayonunda meşələri yandıran terror təşkilatı PKK-nın bəyanatla qınanmasına dair verilən təklif, AK Partiya, MHP və İYİ Partiya qrupları tərəfindən qəbul edilsə də, CHP qrupu təklifin əleyhinə səs verib. 

Mia.az Avropa.info-ya istinadla xəbər verir ki, İzmir bələdiyyəsinin sədri, CHP-li  Tunç Soyerin sədrliyi keçirilən iclasda söz alan AK Partiya məclis üzvü Ərhan Çalışkan baş verən yanğınlara görə, PKK terror təşkilatını pisləyən bəyanatla çıxış etməyi təklif edib.

Ərhan Çalışkan  bəyanata "Qarabağlar və Menderes bölgəsindəki yanğınlarda əli olan PKK terror təşkilatı və bu təşkilatı dəstəkləyən bütün siyasi partiya, quruluş, qurum, QHT və mətbuat orqanları ilə bu terror təşkilatından istifadə edən beynəlxalq qüvvələr və xarici dövlətləri İzmir Böyükşəhər Bələdiyyə Məclisi olaraq lənətləyirik” sözlərinin salınmasını təklif edib.

AK Partiyanın bu təklifi MHP və İyi Partiya məclis üzvləri tərəfindən dəstəklənib.

CHP qrup rəhbəri Mustafa Özsulu isə Çalışkanın verdiyi təklifə etiraz edib.

"Meşə yanğını mövzusunu başqa yerə çəkməyin nə meşə yanğınına faydası var, nə də bu məclisə” - Mustafa Özsulu belə deyyib.

Sonda PKK-ya qarşı bəyyanatın qəbul edilib-edilməməsi məclisin səsverməsinə çıxarılıb. AK Partiya, MHP, İyi Partiya məclis üzvləri bəyanatın qəbulu üçün səs versələr də, CHP-li məclis üzvləri PKK-ya qarşı olan bəyanatın əleyhinə səs veriblər. İzmir bələdiyyəsi məclisində səs çoxluğu CHP-də olduğu üçün, PKK-ya qarşı bəyanat qəbul olunmayıb.




SON XƏBƏRLƏR