Trampdan gözlənilməz qərar: Boltonu istefaya göndərdi

10-09-2019 [20:16]

ABŞ prezidenti Donald Tramp bu gün gözlənilməz qərar verib.

Mia.az TRT1-ə istinadla bildirir ki, o, milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdiyini açıqlayıb.

"Mən dünən axşam Con Boltonu xəbərdar etdim ki, bundan sonra Ağ Evdə onun xidmətinə ehtiyac duyulmur. Mən administrasiyada bir çoxları kimi, onun da bir çox təklifləri ilə qətiyyən razı deyiləm. Bu səbəbdən də, Cona dedim ki, istefa versin və bu gün səhər o, bunu etdi”, -  deyə Tramp özünün Twitter səhifəsində yazıb.



SON XƏBƏRLƏR