Bakıda iki avtobus toqquşdu: 7 nəfər yaralandı

10-09-2019 [19:57]

Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında qeydə alınıb.

Nəticədə minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR