10-09-2019 [19:26]
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Məhərrəmov Malik İbad oğlu "AzPolitika.info” saytı vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
"Cənab nazir, bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tərəfindən təhdid olunduğuma görə Sizə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldım.
Məruzə edərək bildirirəm ki, mən 2008-ci il tarixdən Daxili İşlər Orqanlarında – Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru vəzifəsində işləyirəm.
28.07.2019-cu il tarixdə Şəmkir RPŞ-nın rəisi, polis polkovniki Elnur Həsənovtərəfindən heç bir qanuni əsas olmadan, onun müəyyən qanunsuz tələblərini yerinə yetirmədiyimə görə (Uzun illər sıralarında olduğum Daxili İşlər Orqanlarının nüfuzuna xələl gətirməmək üçün təfərrüatı burda yazmıram) daxili sərəncama götürülmüşəm. 02.08.2019-cu il tarixdə Sizə yazdığım raportdan sonra Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində başlayan araşdırma zamanı işdən çıxarılmağımın qanunsuz və qərəzli olduğunu sənədlərlə sübut etməyimə baxmayaraq, idarənin rəisi, general-mayor Sahib Mirzəyev ilk gündən ortada təkzibolunmaz sübutlar olmasına əhəmiyyət vermədən mənim şikayətimə obyektiv yanaşmamış, cinayət xarakterli bu sübutları görməzlikdən gələrək polkovnik Elnur Həsənovun tərəfini tutmuşdur.
Bir aydan artıq davam edən araşdırma zamanı mənim və ümumilikdə polis rəisinin təqibinə məruz qalan, onun qanunsuz tələblərilə üzləşən 50-dən yuxarı polis əməkdaşının şikayətinə obyektiv qiymət verilmədiyindən rayonumuzun hörmətli ağsaqqalları, təqaüddə olan keçmiş polis işçiləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlayaraq, Elnur Həsənovun qanunsuz əməllərini sadaladılar və onun cəzalandırılmasını xahiş etdilər. Bundan qəzəblənən general-mayor Sahib Mirzəyev bu gün məni qəbuluna çağıraraq, həbslə təhdid etdi. Eyni zamanda Prezidentə və Mehriban xanıma şikayət edən ağsaqqalların, keçmiş polis işçilərinin "başına oyun açacağını” da bildirdi. S.Mirzəyev şikayətimin obyektiv araşdırılması, ortaya qoyduğum cinayət xarakterli sübutlara hüquqi qiymət verilməsi əvəzinə mənim yanımda şikayətçi olduğum polkovnik Elnur Həsənova zəng vuraraq, "o yanımdadır, başına oyun açacağam. Ordan 3-4 nəfər tap bunun üzünə qoy, həbs edək” deyə məni bir daha təhdid etməklə, şikayətimə obyektiv qiymət vermək iqtidarında olmadığını açıq nümayiş etdirdi.
Cənab nazir, bunları nəzərə alaraq, məni qəbul etməyinizi və dinləməyinizi xahiş edirəm”.
"AzPolitika”
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb