Kikboksinq üzrə Bakı kuboku yarışlarının qalibləri bəlli oldu

img

10-09-2019 [18:31]


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGIBI) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə paytaxt kuboku yarışları keçirilib.

BŞGİBİ-dən Mia.az-a bildiriblər ki, yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 156 idmançı mübarizə aparıb.

10-13 yaşlı uşaqların yarışında Şahin Əfəndiyev (26 kq), Ramin Həsənov (28 kq), Nazim Verdiyev (30 kq,) Asif Ocaqverdiyev (32 kq,) Elşad Cəfərov (35 kq), Cəfər Nəcəfli (37 kq), Renat Qiyaslı (42 kq), Əli Məmmədov (47 kq), Rauf Qafurov (47 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Bəxtiyar Vəliyev (39 kq), Cavid Səfərli (42 kq), Pərviz Əliyev (47 kq), Turan Nağızadə (52 kq), Səftar Süleymanov (57 kq), Ayxan Həsənov (63 kq) və Amiz Abbasov (69 kq-dan yuxarı) 13-15 yaşlı idmançıların yarışında birinci olublar.

15-17 yaşlı kikboksçuların mübarizəsində isə Vidadi İbrahimov (45 kq), Elcan Tanrıverdiyev (48 kq), Coşqun Mehdiyev (51 kq), Nurəli Kərimov (54 kq), Hüseyn Zəbiyev (57 kq), İlkin Tamarin (60 kq), Mirnəcəf Cəlilov (63,5 kq), Bayram Şahbazov (67 kq) və Murad Əliyev (67 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışda ilk üç yeri tutan idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR