Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni poçt markaları buraxıb

img

10-09-2019 [17:36]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus "Azərmarka” MMC Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 20 illiyinə həsr edilmiş poçt markalarını tədavülə buraxıb. 

Mia.az NRYTN-ə istinadla bildirir ki, buraxılış 6 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Vərəqin ölçüsü 142x123 mm, markanın ölçüsü 28x40 millimetrdir. Markanın üzərində ARDNF-in loqotipi və "20 il. Azərbaycan Respublikası Dövlət Neft Fondu. 1999-2019” sözləri yazılıb. Arxa fonda qrafik şəkildə ARDNF-in binası, neft nasosu və neft buruğu təsvir olunub.

Dizayneri Nəriman Məmmədzadə olan poçt markaları 80 000 ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub, həmçinin 600 ədəd Birinci gün zərfi və xüsusi xatirə möhürü də hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR