Daha bir deputat Eldar İbrahimovla Tahir Rzayevi qınadı - YAP-çılar arasında nə baş verir?

img

10-09-2019 [14:05]


"Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun və Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası  (YAP) Sədrinin müavini və partiyanın İcra katibi Əli Əhmədovun bir neçə deputat həmkarımın dediklərinə münasibət bildirməsi cəmiyyət tərəfindən müsbət qarşılandı. Bir daha ən yüksək səviyyədə elan edildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur".

Bunu YAP-ın şöbə müdiri və  partiyanın Siyasi Şurasın üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir.

"İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi "mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub…”-deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Qeyd edək ki, adıçəkilən şəxslər-Əli Həsənov və Əli Əhmədov YAP-çı millət vəkilləri Eldar İbrahimovla Tahir Rzayevin son açıqlamalarını qınayan bəyanatlarla çıxış ediblər/Etikxeber.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR