Bakı sakininə qəfil hücum edən iki nəfər həbs edildi

10-09-2019 [12:31]

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal RPİ-də araşdırma aparılır.



SON XƏBƏRLƏR