XİN başçısı: “Aİ “Şərq tərəfdaşlığı” ölkələri arasında daha yüksək səviyyədə əməkdaşlıq görmək istəyir”

10-09-2019 [12:03]
"Avropa İttifaqı "Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın daha da yüksək səviyyəyə qaldırılmasını dəstəkləyir və təşviq edir”.

Bunu Tbilisidə keçirilən "İndi nə?” beynəlxalq konfransda Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlıq Avropa dəyərləri, prinsipləri və məqsədlərinə əsaslanmalıdır: "Bu, bizim proqarmın ikinci mərhələsində görmək istədiyimizdir. Proqramın ikinci mərhələsində üzv ölkələr arasında əlaqələrin gücləndirilməsinə diqqət verilməlidir”.

XİN başçısı qeyd edib ki, "Şərq tərəfdaşlığı” proqramının yekun nəticəsi barədə az danışılmalıdır: "Bu proqramla bağlı daha çox praktiki əməkdaşlıq barədə danışmaq lazımdır”.

Report


SON XƏBƏRLƏR