Gömrük əməkdaşlarının maaşları qalxdı - Hökumət qərar verdi + Detallar

img

10-09-2019 [10:59]


Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqda qərar imzalayıb.

Mia.az xəbər verir ki, qərarla "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilib.

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq olunub. 

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilib.

Qərarda müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavələrində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir. 

Maliyyə Nazirliyinə Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyən etmək həvalə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar olaraq bu Qərarın 1-ci hissəsində qeyd olunmuş xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanunu ilə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etmək tapşırılıb.

"Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 23 oktyabr tarixli 252-31 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilib. 

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 oktyabr tarixli 315-15 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 224-18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 156-6 nömrəli Qərarının 1-ci və 2-ci hissələri ləğv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR