Bakıda 20 min borcu olan kişini girov götürüblər

img

10-09-2019 [10:39]


İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib.

Hüquq-mühafizə orqanlarından "Report”a verilən məlumata görə, paytaxt sakini K.Əsgərov Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, atası H.Əsgərovun 20 min borcu olması səbəbindən tanıdığı şəxs tərəfindən naməlum ünvanda saxlanıldığını bildirib.

O ərizəsində qeyd edib ki, hazırkı vaxtadək atası buraxılmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR