Bu gün bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

img

10-09-2019 [10:29]


Bu gün səhər saat 12:00-dan etibarən "Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, gün ərzində "Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR