"İlin gənc müəllimi" müsabiqəsi başa çatdı: qalib bəlli oldu + SİYAHI

img

09-09-2019 [16:34]


AzEdu.az Təhsil Portalı və "Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi-2019" müsabiqəsinin qalibləri müəyyənləşib.

Mia.az xəbər verir ki, müsabiqə nəticəsində 152.952 səs çoxluğu ilə Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov "İlin gənc müəllimi” elan edilib.

I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 500 AZN, III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcəklər.

Ffinal mərhələsində müəllimlərin topladığı səs sayı belədir:

Elçin Abbasov -152.952 səs;

Şahid Muradlı -124.589 səs;

Elvin Bəkirov-90.845 səs;

Mətanət Kərimova -90.251 səs;

Kəmalə Səmədova-18.277 səs;

Nərmin Məmmədova-10.789 səs;

İlahə Həmidova -9.388 səs;

Aynur İbrahimova -3.127 səs;

Pərvin Əşari -2.125 səs;

Ehtiram Safquliyev-2.042 səs.

Əlavə olaraq, səsvermə nəticəsində 5 müəllim də həvəsləndirici yerin qalibi elan olunur. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Ümumiyyətlə finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.

Təltifetmə mərasiminin keçirilmə vaxtı və məkanı barədə ətraflı məlumat müəllim və mərasim iştirakçılarına bildiriləcək. Keçənilki ənənəyə sadiq olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR