Nazir bu rabitəçiləri təltif etdi - SİYAHI

img

09-09-2019 [16:10]


Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindəki "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin yaradılmasından 22 il ötür. 

Mia.az xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.

Bildirilib ki, idarəsi 9 sentyabr 1997-ci il tarixində rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi məqsədilə qeyri-kommersiya hüquqi şəxsi kimi yaradılıb, 13 mart 2015-ci il tarixindən MMC-yə çevrilib: 

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi” NRYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların, başqa rabitə və qeyri-rabitə obyektlərinin mühafizəsini, obyektlərə nəzarət-buraxılış rejiminə və yanğın təhlükəsizliyinə nəzarəti təmin edir.

HMİ-nin şəxsi heyətinin 80%-i gənclərdən ibarətdir. İdarənin yetişdirdiyi gənc mühafizəçilər idmanın müxtəlif növləri üzrə ümumrespublika, Avropa və dünya çempionatlarında layiqli qələbələr qazanıblar.

22 illik münasibəyti ilə bu sahənin inkişafında böyük əməyi olan və fərqlənən işçilər fəxri adlara layiq görülüb və mükafatlandırılıblar. Cəfərov Hikmət Məmmədəli oğlu və Əliyev Əbülfəz Cəlal oğlu Fəxri Fərmanla təltif olunub. Cəfərov Azər Əlikişi oğlu və Bayramov Adil Qılıncxan oğluna rabitə daxili xidməti polkovniki, Əhmədov Hətəm Qismət oğluna isə daxili xidməti polkovnik-leytenantı rütbələri verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR