Sabirabadda qarayaraya yoluxma... - Nazirlik açıqlama yaydı

img

09-09-2019 [15:27]


Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib. 

Səhiyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. 

Qeyd olunub ki, hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR