Keçmiş məhkum köşk satıcısını hədələyib, pulunu aldı

09-09-2019 [12:50]
Bakıda köşkdə işləyən şəxsi bıçaqla hədələyib 650 manat pulu alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə sentyabrın 8-də rayon ərazisində işlədiyi köşkə girən naməlum şəxsin onu bıçaqla hədələyib 650 manat pulunu aldığını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR