Nazir iki rəisi, bir müavini vəzifədən azad etdi - Xaçmaz polisində dəyişiklik

09-09-2019 [12:22]
Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Xaçmaz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Nazirin digər əmri ilə Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət AbbasovDövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Xəbəri Xaçmaz RPŞ-dan təsdiqləyiblər.




SON XƏBƏRLƏR