OPEC-in baş katibi: "Yaxın Şərq Asiyaya əsas neft təchizatçısı olaraq qalacaq"

img

09-09-2019 [11:36]


"ABŞ-dan təchizatın artmasına baxmayaraq, Yaxın Şərq Asiyada xam neft təchizatının əsas mənbəyi kimi mövqeyini qoruyacaq".

Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo "S&P Global Platts"a müsahibəsində bildirib.

"Əlbəttə, ABŞ-da neft hasilatının artması ilə ölkə Asiyada yeni ixracatçıya çevrilib və hazırda xam neft ixracatı gündə 1 milyon bareldən çoxdur. Bununla belə, ABŞ-ın ixracatı hələ də Yaxın Şərqin Asiyanı təchizatından xeyli aşağıdadır", - M.Barkindo deyib.

Bundan əlavə, OPEC-in baş katibi bildirib ki, Asiyada neftə olan tələbatın artması yaxın gələcəkdə müxtəlif bölgələrdən gələn "qara qızıl" tərəfindən ödənilməlidir. Lakin onun fikrincə, Yaxın Şərq enerji təchizatının əsas mənbəyi olaraq qalacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR