Onlara bu sahələrdə işləmək qadağan edildi - Hökumətdən yeni qərar

img

09-09-2019 [11:14]


Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edib.

Mia.az xəbər verir ki, qaydalarda əlillərin işləməsi qadağan olunan yerlərin siyahısı da müəyyən edilib. 

Qeyd edilir ki, əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir:

- partlayış xarakterli işlər;

- sualtı işlər;

- şaxtalarda və mədənlərdə yeraltı işlər;

- qaynar sexlərində görülən işlər;

- nəqliyyat vasitələrinin idarə edilməsi;

- hündürlükdə aparılan tikinti işləri və özül işləri;

- yüksək səs-küylü istehsalat işləri;

- zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər;

- əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər;

- böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və s.) bağlı işlər;

- hərəkət edən mexanizmlərə (vestibülyar aparatı pozulmuş şəxslər üçün) bağlı işlər;

-   qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə

yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər;

- elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər;

-  radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər;

- ultrasəsin təsiri ilə bağlı işlər;

- səsin intensivliyi 80 desibeldən artıq olan (optimal norma isə 55-60 desibel və aşağı ola bilər) işlər;

- zəhərli kimyəvi maddələrlə bağlı işlər;

- əsəb-emosional gərginlikli işlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR