Cəlilabad sakini Gəncədə yaxalandı - 16 ildir axtarışda imiş

img

09-09-2019 [10:39]


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları 16 il axtarışda olan şəxsi saxlayıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR