"Küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək" - Bakı polisindən xəbərdarlıq

img

09-09-2019 [10:19]


Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq: "Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR