Baş nazir və nazirlər... - Gürcüstanın yeni hökuməti seçildi + SİYAHI

img

08-09-2019 [17:40]


Gürcüstan parlamenti keçmiş daxili işlər naziri Giorgi Qaxarianın başçılıq edəcəyi yeni hökumətə etimad göstərib.

Səsvermədə 98 deputat yeni hökumətin lehinə səs verib.

Yeni Nazirlər Kabinetində daxili işlər və müdafiə nazirləri dəyişib.

Gürcüstanın yeni hökumətinin tərkibi:

Baş nazir Giorgi Qaxaria

Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitşavili

İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava

Müdafiə naziri İrakli Qaribaşvili

Ədliyyə naziri Tea Tsulukiani

Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze

Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili

Xarici işlər naziri Davit Zalkaliani

Daxili işlər naziri Vaxtanq Qomelauri

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili

Qeyd edək ki, parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar yeni hökumətin tərkibinə etiraz olaraq iclasda iştirak etməyiblər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR