Sabah Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

08-09-2019 [17:00]
Sabah səhər saatlarından etibarən Xətai rayonu, "NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq həmin küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.


SON XƏBƏRLƏR