"Bu qız mənimlə getməlidir" - Restoranda oğlanın yanında qıza sataşan məşhur futbolçunu döydülər + FOTO

img

08-09-2019 [16:46]


İngiltərə millisinin üzvü Denni Drinkuoter Mançester şəhərində gecə klubunda döyülüb.

"The Sun” nəşrinə istinadən xəbər verir ki, "Çelsi"nin "Börnli"yə icarəyə verdiyi yarımmüdafiəçi gecə klubunda həddən artıq spirtli içki qəbul edib. 

29 yaşlı futbolçu "Skantorp Yunayted"in futbolçusu Denni Ntlenin sevgilisinə sataşıb. Sərxoş olan futbolçu Ntleye "Dostum, vecimə deyil, sevgilin bu gecə mənimlə getməlidir", - deyib. 

Nəticədə futbolçular dalaşıb. Səs-küy yarandığını görən mühafizə xidməti hər iki oyunçunu gecə klubundan kənarlaşdırıb.

 Hadisə bununla da yekunlaşmayıb. Şahidlərindən biri Drinkuoteri altı şəxsin döydüyünü deyib:

"Drinkuoter yaxın dostunun ad gününü qeyd edirdi. Spirtli içki qəbul etdikdən sonra inanılmaz dərəcədə sərxoş oldu. Çox sərxoş idi və hadisələrin çox hissəsini xatırlamır. Denni gecə klubunda bir qızla söhbət etmək üçün dəfələrlə cəhd edib onu rahat buraxmırdı. Qız ona oğlan dostu ilə gəldiyini desə də, Denni əl çəkmirdi. Daha sonra qızın futbolçu sevgilisi məsələyə müdaxil etdi. Mübahisə böyüdü. Onlar bir-birlərini yumruqla vurdular. 

Hər ikisini gecə klubundan qovdular. Drinkuoter çölə çıxanda işlər daha da qəlizləşdi. Çöldə altı nəfər futbolçunu mühasirəyə aldı. Yerə yıxıb, üzünə və bədəninə zərbələr vururdular. Ayaq biləyinin üstünə tullanıb ayağını qırmaq istəyirdilər. Drinkuoter indi çox utanır. "Börnli" ilə yaxşı performans sərgiləmək istəyirdi. Bu hadisədən sonra insanların onu günahlandıracağını bilir. Ciddi xəsarət alıb. Kənardan bərbad görünür".

Drinkuoteri "Börnli"dəki komanda yoldaşlarından birinin taksiylə hadisə yerindən uzaqlaşdırdığı bildirilir/Yenisabah.

Digər xəbərlər
SON XƏBƏRLƏR