AFFA "Region Liqası"nın son mükafatçılarına ayrılan pulu niyə verməyib?

img

08-09-2019 [16:30]


"Region Liqası"nda 2018/2019-cu il mövsümündə 1, 2 və 3-cü yerin sahiblərinə ayrılmış pul mükafatının AFFA tərəfindən hələ də verilmədiyi xəbərləri yayılıb. 

Məsələ ilə bağlı "Yeni Sabah"a keçən mövsümün qalibi "Uğur"un baş məşqçisi Qəzənfər Abbasov açıqlama verib. 

Çalışdırıcı gecikmənin sənədlərin gecikdiyinə görə yaşandığını deyib: "Pul haqqında AFFA ilə danışdıq. Millinin oyunundan sonra veriləcəyini dedilər. Bəli, çempionat mayda bitib, amma sənədləri vaxtında vermədik, ona görə də gecikmə oldu". 

Q.Abbasov onu "Qəbələ"də baş məşqçi kimi görmək istəyənlərin fikirlərinə də münasibət bildirib: "Vallah o azarkeşlərin fikridir, hörmətlə yanaşıram. Amma hal hazırda "Uğur"da işləyirəm və bütün diqqətim o klubdadır. "Qəbələ" ilə əlaqədar heç bir şey deyə bilmərəm. Bildiyimə görə, orada məşqçi Elmar Baxşıyevdir, ona uğurlar arzu edirəm" 

Digər xəbərlər
SON XƏBƏRLƏR