"Türkiyə, Azərbaycan və Ermənistanla effektiv əlaqələr qurulmalıdır" - Giorgi Qaxaria

08-09-2019 [13:22]
"Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir”.

Bu barədə Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur/Report.


SON XƏBƏRLƏR