Fazil Mustafadan deputat toxunulmazlığının ləğvi xəbərinə reaksiya: "Olsun..."

08-09-2019 [12:35]
Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv edib. 

Azərbaycanda da deputatların toxunulmazlıq hüququ var. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır.

Deputatlar toxunulmazlıq hüquqlarının ləğvini istəyərmi?

Deputat Fazil Mustafa da bildirib ki, toxunulmazlıq hüququna gərək yoxdur: "Mənim üçün toxunulmazlıq hüququnun heç bir mənası yoxdur. Ona görə də toxunulmazlıq hüququnun aradan qaldırılmasının tərəfdarıyam. Düşünürəm ki, deputat qanunlara hamıdan çox əməl etməlidir. Cəmiyyətin müəyyən etdiyi qəliblərə, davranış stereotiplərinə daha çox tabe olmalıdır. Ona görə də şəxsən mənim üçün toxunulmazlıq hüququ heç bir əhəmiyyət daşımır. Qanunlara maksimum səviyyədə əməl etməyə çalışıram. Deputat kimi də öz funksiyamı vicdanla yerinə yetirirəm. 

Ukrayna bizdən fərqlidir və orada cəmiyyətin də bu barədə gözləntiləri var. Zelenski də seçkilər ərəfəsində vəd etmişdi ki, bu hüququ qaldıracaq. İndi də vədinə əməl edir. Azərbaycanda da bunu qaldırmaq prinsipcə mümkündür. Hətta deyərdim ki, bu, çox zəruri məsələdir. Hər halda belə olarsa, deputatların məsuliyyəti ikiqat artar”.


SON XƏBƏRLƏR