GÖMRÜK GENERALININ 34 MƏNZİLİ, 10 MAĞAZA VƏ RESTORANI...

08-09-2019 [01:27]
"Xatırlayırsınızsa, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrükdə rüşvət olarsa, istefa verəcəm”, - deyə bildirmişdi. Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını çatdırmaq istəyirəm".

Mia.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında jurnalist Cavanşir Həsənli yazıb.

O, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi haqda sənəd və fotolar paylaşaraq, belə yazıb: "Azərbaycanda gömrük generalı, Çexiyada isə məşhur biznesmen Vəzir Həsənov...

Bəlkə Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə, cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsın: http://hasansons.eu/rajhrad.html

Daha sonra jurnalist gömrük generalının biznesi haqda səndələri səhifəsində yayıb.

Məsələ ilə bağlı V.Həsənovun mövqeyini də dinləməyə hazırıq.



Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.




SON XƏBƏRLƏR