Tovuzda yolu keçmək istəyən 3 nəfəri maşın vurdu - Adlar

07-09-2019 [23:35]
Tovuz şəhərində 3 piyadanı avtomobil vurub.

Hadisə onlar yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib.

Hər 3 piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bunlar aşağıdakılardır:

Məmmədova Məhluqə Ayvaz qızı, 1965

Namazova Səbinə İlqar qızı, 2001

Məmmədov İsmayıl İlqar oğlu, 2006

Report.az




SON XƏBƏRLƏR