Xəzərdə daha bir nəfər boğulub

07-09-2019 [16:56]
Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyi Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


SON XƏBƏRLƏR