YAP deputat və təşkilat sədrlərini topladı - Müşavirə oldu

img

07-09-2019 [15:20]


Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Mia.az xəbər verir ki, müşavirədə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, hakim partiyanın icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, YAP üzvləri iştirak ediblər.

Ə.Əhmədov müşavirəni giriş sözü ilə açaraq bildirib ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək: "Həmişə olduğu kimi, bələdiyyə seçkiləri ilə əlaqədar seçki kampaniyasının başlaması ərəfəsində ölkədə siyasi canlanma müşahidə olunur. Müxalifətin ayrı-ayrı dəstələri, təbəqələri müəyyən qədər canlanıblar. Siyasi proseslərə özlərinə məxsus prinsiplərlə qoşulublar. Əslində, müxalifətin əhəmiyyətli bir hissəsinin apardığı siyasi kampaniya siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır”.

YAP-ın sədr müavini-icra katibi vurğulayıb ki, müxalifət Azərbaycan reallığının üzərinə kölgə salmaq niyyəti ilə Ermənistanı ideallaşdırmaq təbliğinə əl atır: "Azərbaycanı kobud şəkildə Ermənistanla müqayisə edirlər. Ermənistanda həyatı başqa bir mənzərə altında təqdim etməyə çalışırlar. Bütün bu fonda Azərbaycan reallıqlarını təhrif edirlər. Bununla da Azərbaycan cəmiyyətində hökumətin apardığı siyasətə inamsızlıq yaratmağa çalışırlar. Onlar Azərbaycandan kənar auditoriya üçün nəzərdə tutulan ikili təbliğat aparırlar ki, Azərbaycan hökumətinin imici zədələnsin. Hesab edirəm ki, bütün bunların arxasında müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına düşmələri istisna deyil”.

Müşavirə daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR