Türkiyədən gələn avtobus Şəmkirdə yük maşını ilə toqquşdu: ölən və yaralananlar var + ADLAR

img

07-09-2019 [11:33]


İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu Şəmkir rayonu ərazisində yük maşını ilə toqquşub.

İlkin məlumata görə, avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. 

Qəzada yaralanan qadın "Report”a açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: "Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər. 

Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə, yük maşını bizi vurub. Günah onda olub."

***

Şəmkir rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində ölən və xəsarət alanların adları məlum olub. 

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Elbrus Hüseyn oğlu Məhərrəmov hadisə yerində ölüb. 

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR