"Tehran xalqına deyil, Əsəd rejimini qorumağı daha vacib sayır" - Boltondan İrana mesaj

img

07-09-2019 [11:11]


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrana qarşı sanksiyaların yumşala biləcəyi üçün şərt irəli sürüb.

Mia.az xəbər verir ki, bu fikirləri Con Bolton özünün "Twitter” səhifəsində yazıb.

""Adrian Darya 1” tankerinin Suriyaya getmədiyini iddia edən hər kəs indi bunu təkzib edir. Rəsmi Tehran xalqına qayğı göstərməkdənsə, Əsəd rejimini qorumağın daha vacib olduğunu düşünür. Danışıqlar apara bilərik, ancaq İran yalan danışmağı və terroru dəstəkləməyi dayandırmayana qədər sanksiyaların yumşaldılmasını almayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR