İsmayıllıda narkotik tərkibli bitki becərən şəxs saxlanılıb

img

07-09-2019 [10:09]


İsmayıllı rayonunda narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən Vüqar Fətəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, əməliyyat tədbiri İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Onun ətrafında davam etdirlən tədbirlərlə Qalınçaq kənd sakini, 26 yaşlı V.Fətəliyevin Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu aydın olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kq-a yaxın olan çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyi 2 kq 800 qr qurudulmamış və 3 kq-dan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

V.Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı V.Fətəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İsmayıllı RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR