Avropa çempionatı: bir avtoqol, 2 qol... - Millimiz məğlub oldu

img

07-09-2019 [00:37]


Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər stadionunda Uels Azərbaycan yığmasını qəbul edib.

Mia.az xəbər verir ki, matçın ilk hissəsində futbolçumuz Pavel Paşayev avtoqola imza atıb - 1:0.

59-cu dəqiqədə millimizin üzvü Mahir Emreli hesaba tarazlıq gətirib - 1:1.

83-cü dəqiqədə isə Beyl baş zərbəsi ilə hesab arasındakı fərqi dəyişib - 2:1.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qeyd edək ki, komandamız qrupda hələ də xal qazanmayıb.

Xatırladaq ki, Azərbaycan yığması "E” qrupundakı ilk 3 görüşdə də məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komandamız doğma meydanda Macarıstana 1:3 və Slovakiya seçməsinə 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana 0:1 hesabı ilə yenilib. 

Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR