Arif Hacılı: "AXCP və REAL təqdim etdiyimiz sənədi məqbul hesab etdi" - İsa Qəmbərin iştirakı ilə müzakirə

06-09-2019 [23:00]
"Bu gün "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda Dəyirmi Masa keçirdik. Maraqlı müzakirələr oldu. Hədəflərimizi bir daha dəqiqləşdirməyə çalışdıq".

Mia.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

O bildirib ki, təqdim etdikləri sənəd layihəsi AXCP və REAL Partiyası tərəfindən əsasən məqbul hesab olunub: "Son dəqiqləşmələrdən sonra cəmiyyətə bir daha təqdim olunacaq".

Arif Hacılı qeyd edib ki, siyasi partiyalar və ictimai təşkilatlarla müzakirələr davam edəcək: "Fikrimizcə, belə diskussiyalar, siyasi qüvvələrin konsolidasiyası indi çox vacibdir".

Mia.az


SON XƏBƏRLƏR