“Qəbələ“nin APOEL-lə keçirəcəyi oyunların yeri və vaxtı dəyişdirildi

06-09-2019 [17:54]
UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək "Qəbələ"nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib. 

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi "qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq.

 Nikosiyadakı matç oktyabrın 2-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab oyunu oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.


SON XƏBƏRLƏR