Fuad Qəhrəmanlıdan "ReAl"a ittiham: "Natiq bəy müxalifətə "faşist", İlqar Məmmədov isə..."

06-09-2019 [16:56]
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı "ReAl" Partiyasına sərt ittihamlar irəli sürüb.

Mia.az xəbər verir ki, o, "Real"ın hakimiyyəti deyil, Milli Şura ilə AXCP-ni hədəfə aldığını deyib:

"ReAl funksioneri Natiq Cəfərli Milli Şuranı hakimiyyətə qarşı mübarizə mərkəzlərinin artmasında maraqlı olmamaqda ittiham etdir. Ortadakı mövqe fərqini nəzərə alanda, onun bu ittihamı heç də ədalətli görünmür.

Xalqı mitinqlərə çağıran Milli Şura və ya AXCP mitinqlər əleyhinə təbliğat aparan REAL-a mübarizə mərkəzi kimi necə baxa bilər? 

Görünür, Natiq bəy müxalifətə "faşist", İlqar Məmmədov "erməni işğalçılarının əlaltısı" deyəndə, həm də mandat üçün lazım olan imtahanı verdiklərini və danışıq, təfəkkür baxımından müxalifətə münasibətdə heç də "köhnələrdən" geri qalmadıqlarını göstərməyə çalışırlar. Ancaq adamların haqqına girmək olmaz. Onlar parlamentə düşmək üçün təkcə Milli Şuranı, AXCP- ni hədəf almırlar. Eyni zamanda, seçkidə xalqın səsini almaqdan danışıb, xalqın problemlərini də görməzdən gəlirlər”.



SON XƏBƏRLƏR