"Azəriqaz" Qarabağ əlilinin 1200 manatını geri qaytarmağa məcbur oldu

06-09-2019 [16:07]
"Azəriqaz"la oz əmək hüquqlarımla bağlı apardığım mübarizənin birinci mərhələsini uddum". 

Bu barədə Mia.az-a qurun Səbail İstismar İdarəsinin əməkdaşı, 2-ci qrup Qarabağ əlili Əhməd Rəhmanov deyib.

O bildirib ki, bu gün hesabına 1200 manat köçürüblər: "Belə başa düşürəm ki, bu, son 3 ildə düz köçürmədikləri əmək haqqıdır.

İndi qaldı son 3 ayda çəkdiyim mənəvi ziyanın və ən əsası yenidən öz iş rejimimə (qurum əlilin növbəli iş rejimini ləğv edib - Mia.az) dönüb, növbəli iş rejimində işləmək üçün məhkəmə çəkişməsi. Buna da nail olacağam. Təki dostların canı sağ olsun. Birdə ki, döyüş əzmini itirməyək".

İşçi işdə əməyi olan Dövlət Əmək Müfəttişliyi 23 saylı Regional şöbəsinin inspektorlarına minnətdarlıq da edib.


SON XƏBƏRLƏR