Aşura günü bu ünvanlarda qanvermə aksiyası olacaq - SİYAHI

img

06-09-2019 [15:36]


Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.

Mia.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 25 şəhər rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Bakı şəhərində 8 rayon üzrə 15 yer ayrılıb: 

- Binəqədi rayonu "İmam Əli məscidi”,

- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "MirMövsüm ağa Ziyarətgahı”, 

- Nəsimi rayonu "Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, 

- Nizami rayonu "Şah Abbas məscidi”, "Sahibəzzaman” məscidi,

- Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı məscidi, "İmam Rza” məscidi 

- Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı” və "İçəri şəhər Cümə məscidi”, 

- Suraxanı rayonu "Qaracuxur məscidi”, 

- Yasamal rayonu "Təzə pir məscidi”, "Hacı Soltanəli”, "Hacı Cavad” məscidi.

Regionlara gəlincə aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

- Gəncə şəhəri "İmamzadə kompleksi”, 

- Lənkəran şəhəri Böyük bazar "Cümə” məscidi, 

- Mingəçevir şəhəri "Heydər məscidi”, 

- Sumqayıt şəhər "Cümə” məscidi, 

- Şəki şəhəri "İmam Əli” məscidi, 

- Mərkəzi Qan bankının Şırvan bölməsi, 

- Ağcabədi Rayon Mərkəzi xəstəxanası, 

- Beyləqan Rayon Mərkəzi xəstəxanası, 

- Bərdə rayonu "Bərdə İmamzadəsi”, 

- Biləsuvar rayonu "Cümə məscidi” (mərasim evi), 

- Cəlilabad Rayon Mərkəzi xəstəxanası, 

- Göyçayda "Əbülfəzlil Abbas” məscidi, 

- Xaçmaz şəhər məscidi, 

- Salyan Hacı Tağı məscidi 

- Ağsu rayon mərkəzi xəstəxanası, 

- Qan bankının Quba bölgəsi, 

- Masallı şəhər Cümə məscidi.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR