Emin Ağalarov Bakıda “Jara”nın təqdimatında: "Uğur qazanacağımıza ümid edirdik"

img

06-09-2019 [14:21]


Bakının Heydər Əliyev Mərkəzində romantik komediya üslubunda çəkilən "Jara” filminin təqdimatı keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Xalq artisti Emin Ağalarov, filmin aktyor heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Emin Ağalarov çəkiliş qrupu üzvlərinin bir-biri qarşısında xüsusi məsuliyyət hiss etdiklərini deyib: "Əlbəttə, uğur qazanacağımıza ümid edirdik, amma əməyimizin nəticəsini bu gün yalnız siz, sizin gülüşləriniz qiymət verəcək”.

Filmin ideya müəllifi və prodüseri Teymur Cəfərov da Bakı tamaşaçılarının "ölkənin milli koloritini, Bakının gözəlliyini” dolğun çatdırmağa səy göstərən çəkiliş heyətinin zəhmətinə qiymət verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, keçən il Bakıda, beynəlxalq "Jara” musiqi festivalı zamanı ərsəyə gətirilən ekran əsərinin çəkilişlərində həmin günlərdə Bakıya toplaşan Rusiya və Azərbaycanın pop ulduzları Filip Kirkorov, Nikolai Baskov, Qriqori Leps, Ani Lorak, Emin Ağalarov, Valeriya, İosif Priqojin, Timati, yeqor Krid və başqaları iştirak ediblər.

Filmdə hadisələr Rusiya müğənnilərinin "Jara” festivalında iştirak etmək üçün Bakıya yollandığı təyyarədə başlayır. Sərnişinlər arasında filmin baş qəhrəmanı, festivalın son şousunu icra edəcək Daşa Steklova adlı qız da var. Bu rolu oynayan rusiyalı aktrisa Diana Pojarskaya Xalq artisti Emin Ağalarovun bəzi kliplərindən də tamaşaçılara tanışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR