İnam Kərimov daha bir direktoru vəzifədən çıxardı

06-09-2019 [14:53]
Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru işdən çıxarılıb. 

Bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Mətləb Ağakərim oğlu Kərimov öz ərizəsi əsasında vəzifəsindən azad olunub. 

Qeyd edək ki, M.Kərimov 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı/Report.


SON XƏBƏRLƏR