Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

img

06-09-2019 [14:12]


Salyan rayon sakinindən külli miqdrada narkotik vasitə götürülüb.

Bu barədə DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Marışlı kənd sakini 37 yaşlı Daşqın Əliyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus pay torpağına baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR