Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb - SİYAHI

06-09-2019 [13:20]
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.


SON XƏBƏRLƏR