Əli Əhmədov və deputatlar qan verdi

06-09-2019 [11:14]
Yeni Azərbaycan Partiyasının (YAP) mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib.

Aksiyada YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.

Ümumilikdə, 300 nəfər qan verib.

Qan verənlər arasında Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da iştirak edib/Report.


SON XƏBƏRLƏR