Ceyhun Bayramov şöbə müdirini işdən çıxardı - Yeni təyinat

05-09-2019 [19:10]

Kəlbəcər rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, təhsil şöbəsinə Fazil Zeynalov gətirilib.

Fazil Zeynalov bundan qabaq Kəlbəcər rayon təhsil şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Elmira Əvəz qızı Şükürova yaşa görə vəzifəsindən azad edilib.

Xatırladaq ki, E.Şükürova 2015-ci ildən bu vəzifədə çalışırdı.



SON XƏBƏRLƏR