ƏMDK mübahisələrə son qoydu: ""Jurnalistlər binası"nın sakinlərinə çıxarış veriləcək"

05-09-2019 [16:58]

"İkinci "Jurnalistlər binası"nın sakinlərinə çıxarış ("kupça") veriləcək".

Mia.az xəbər verir ki, bu barədə  Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.



SON XƏBƏRLƏR